Qızılda bahalaşma proqnozları artıb

12 Mart 2019

Beynəlxalq əlvan metallar bazarlarında qızıla olan tələbin artması treyderlərin diqqət mərkəzində və 1310$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Qızılda bahalaşma proqnozları artıb

Əlvan metallar bazarlarında qızıl qiymətlərinin də Avropa sessiyasında bahalaşaraq 1297$-ın üzərində möhkəmlənməsi, investorların diqqəti çəkməyə başlayıb və gələcək proqnozları aktuallaşdırır. 


Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1302.30$-a kimi dəyər qazana bilər və bu səviyyənin üzərində möhkəmlənən qiymət, 1309.64$-a kimi də dəyər qazana bilər. 


Qeyd etmək lazımdır ki, keçən həftənin cümə günü Avropa mərkəzi bankının gələcək iqtisadi gözləntilərinin aşağı düşməsi əlvan metallar bazarlarında qızıl və gümüşə olan tələbin artmasına səbəb olmuşdur.