Qızılda bərpa olunan maraq

02 Oktyabr 2019

Beynəlxalq birjalarında EUR/USD və GBP/USD məzənnələrində uzun müddətli satış proqnozları, qızıla olan marağı daha da artıracaqdır.

Qızılda bərpa olunan maraq

ABŞ-ın sənaye sektorunda böhran dərinləşir. 

Amerikanın sənaye sektorunda böhranın daha da dərinləşməsinə dair fundamental göstəricilərin açıqlanmasından sonra avro və funt kimi aparıcı valyutaların dollara nisbətənməzənnələrinə olan maraq artıb. 


Avro və Funta artan maraq qısa müddətli ola bilər. 

Lakin EUR/USD və GBP/USD məzənnələrində bahalaşma məhdud qiymətləndirilir və sentyabrın ortalarından başlayan eniş dalğalarının davam edəcəyi proqnozlaşdırılır. 


Həftənin ikinci yarısı volatillik daha çox artacaqdır. 

Bununla yanaşı, investorlar tələsməyərək cümə axşamı xidmət sektoru və cümə günü əmək bazarı ilə bağlı Amerikadan açıqlanacaq önəmli iqtisadi məluamtları da böyük maraqla gözləyirlər. 


Qızıla olan maraq yenidən artır. 

Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1459$-da (46.91 qəpik/qram) dəstək görərək, dəyər qazanmağa başlayıb və 1512$-a (48.62 qəpik/qram) kimi də dəyər qazana bilər.