02.10.2019 Qızılda bərpa olunan maraq

02.10.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

02.10.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



ABŞ-ın sənaye sektorunda böhran dərinləşir. 

Amerikanın sənaye sektorunda böhranın daha da dərinləşməsinə dair fundamental göstəricilərin açıqlanmasından sonra avro və funt kimi aparıcı valyutaların dollara nisbətənməzənnələrinə olan maraq artıb. 


Avro və Funta artan maraq qısa müddətli ola bilər. 

Lakin EUR/USD və GBP/USD məzənnələrində bahalaşma məhdud qiymətləndirilir və sentyabrın ortalarından başlayan eniş dalğalarının davam edəcəyi proqnozlaşdırılır. 


Həftənin ikinci yarısı volatillik daha çox artacaqdır. 

Bununla yanaşı, investorlar tələsməyərək cümə axşamı xidmət sektoru və cümə günü əmək bazarı ilə bağlı Amerikadan açıqlanacaq önəmli iqtisadi məluamtları da böyük maraqla gözləyirlər. 


Qızıla olan maraq yenidən artır. 

Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1459$-da (46.91 qəpik/qram) dəstək görərək, dəyər qazanmağa başlayıb və 1512$-a (48.62 qəpik/qram) kimi də dəyər qazana bilər.