Qızılda növbəti artım dalğası başladı

29 Yanvar 2019

Dünyada siyasi və iqtisadi risklərin artması, qızılın bir unsiya üzrə qiymətinin 1314$-a kimi bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.

Qızılda növbəti artım dalğası başladı

Beynəlxalq maliyyə bazarlarında qızılın qiymətlərində bahalaşmanın davam etdiyi müşahidə edilir. Bazar ertəsi 1297.47$-a kimi korreksiya edən qızıl, bu gün Asiya sessiyasında bahalaşaraq, son yarım ilin maksimum səviyyəsini qırıb. 


Əlvan metallar bazarlarında qızıla olan tələbin yenidən artmasına səbəb, dünyada siyasi və iqtisadi risklərin artmasıdır. Bura ABŞ prezidenti ətrafında təzyiqlərin artması, ABŞ ilə Çin arasında xarici ticarət münasibətlərinin pozulması və beynəlxalq iqtisadi inkişaf dinamikası fonund proqnozların zəifləməsidir. İngiltərə ilə Avropa Birliyi arasında Breksit prosesi də əsas risklər arasındadır. 


Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1304$-ın üzərində qaldıqca, 1309 və 1314$-a kimi dəyər qazana bilər.