Qızılda ucuzlaşma 1380$-a kimi davam edə bilər

05 İyul 2019

Qızılın qiymətində müşahidə edilən son bir ay ərzində güclü artım dalğası fonundan korreksiya daha da dərinləşməkdə.

Qızılda ucuzlaşma 1380$-a kimi davam edə bilər

Əlvan metallar bazarlarında qızılın qiymətlərində son günlər müşahidə edilən bahalaşma nəticədə keçən həftənin müqavimət səviyyəsindən qayıdaraq, bu gün ucuzlaşmasını daha da sürətləndirib. 


Maliyyə bazarlarında ucuzlaşma texniki səbəblərlər, may ayından müşahidə edilən alış əməliyyatların reallaşdırılması ilə əlaqələndirilir. 


Bununla yanaşı, qızıla olan tələbin yenidən arta biləcəyi və cari ucuzlaşmanın korreksiya olması proqnozları güclü olaraq qalmaqdadır. 


Təhlillərə əsasən, cari korreksiya 1380$-a kimi davam edə bilər.