Qızılda ucuzlaşma çox dərinləşib

22 Fevral 2019

Beynəlxalq əmtəə birjalarında qızılın ucuzlaşaraq, 1320$-ın altında ticarət edilməsi, bahalaşma proqnozlarını zəiflədir.

Qızılda ucuzlaşma çox dərinləşib

Son iki gündür, qızılın qiymətlərində eniş qeydə alınır. Uzunmüddətli artımdan sonra bu eniş korreksiya kimi qiymətləndirilsə də qiymətlərin bu həftənin minimumlarının (1320$) altında qalması fonunda artımlar üçün təhlükə yaranır.


Yenidən artımın təsdiqi üçün qiymətlər həftəlik maksimumu (1346.60$) səviyyəsini yeniləməli, hətta üzərində möhkəmlənməlidir.