Qızılda ucuzlaşma davam edir

28 Mart 2019

Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində bahalaşma, əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına səbəb olur.

Qızılda ucuzlaşma davam edir

Qızılın qiymətində ucuzlaşma Avropa sessiyasında da davam edir və Asiya sessiyasının dəstək səviyyəsini qırmaqla, növbəti eniş hədəfləri üzrə proqnozlarını da gücləndirib. 


Foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma, qızıl qiymətinin də ucuzlaşmasına səbəb olur.


Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1312.18$-ın altında qaldıqca, 1303.00 və 1298.37$-a kimi də ucuzlaşa bilər.