Qızılda ucuzlaşma, EUR-da korreksiya, BTC-də bahalaşma

20 May 2020

Cümə günü Avrozonadan, Cümə axşamı TCMB-dən dərc ediləcək göstəricilər öncəsi avro, lirə, qızıl və bitkoinin qiymətləri diqqət mərkəzindədir.

Qızılda ucuzlaşma, EUR-da korreksiya, BTC-də bahalaşma

Avroda korreksiya. 

Beynəlxalq valyuta birjalarında avronun qiyməti 1.10$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, korreksiyaya başlayıb. Gələcək dalğalanma isə Avropa Birliyində büdcə danışıqlarından və cümə günü Avrozonaya dair dərc ediləcək önəmli fundamental göstəricilərdən asılı olacaqdır. 


USDTRY məzənnəsi yenidən bahalaşa bilər. 

Lirənin qiyməti sabah Türkiyə Mərkəzi Bankı (TCMB) tərəfindən açıqlanacaq faiz qərarı öncəsi daha da bahalaşıb və USD/TRY məzənnəsi 6.75TL-yə kimi ucuzlaşıb. Lakin Avropa sessiyasında yenidən dəstək görən USD/TRY məzənnəsi, 6.84TL-ni də qırarsa, bahalaşma dalğasını gücləndirə bilər. 


Qızıla tələb azaldı. 

Əlvan metallar birjalarında qızılın qiyməti Amerika sessiyasında korreksiya etsə də Asiya sessiyasında yenidən ucuzlaşmağa başlayıb və 1735$-ın qırılması ilə eniş dalğasının sürətlənməsi proqnozlaşdırılır. 


Bitkoində bahalaşma ehtimalları yenidən artıb. 

Kriptovalyuta birjalarında isə Bitkoinin qiymətində may ayı ərzində müşahidə edilən üfüqi korreksiyadan sonra 9933$-ın qırılması ilə güclü bahalaşma dalğası başlaya bilər.