20.5.2020 Qızılda ucuzlaşma, EUR-da korreksiya, BTC-də bahalaşma

20.05.2020
Beynəlxalq Birjaların cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

20.5.2020 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avroda korreksiya. 

Beynəlxalq valyuta birjalarında avronun qiyməti 1.10$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, korreksiyaya başlayıb. Gələcək dalğalanma isə Avropa Birliyində büdcə danışıqlarından və cümə günü Avrozonaya dair dərc ediləcək önəmli fundamental göstəricilərdən asılı olacaqdır. 


USD/TRY məzənnəsi yenidən bahalaşa bilər. 

Lirənin qiyməti sabah Türkiyə Mərkəzi Bankı tərəfindən açıqlanacaq faiz qərarı öncəsi daha da bahalaşıb və USD/TRY məzənnəsi 6.75TL-yə kimi ucuzlaşıb. Lakin Avropa sessiyasında yenidən dəstək görən USD/TRY məzənnəsi, 6.84TL-ni də qırarsa, bahalaşma dalğasını gücləndirə bilər. 


Qızıla tələb azaldı. 

Əlvan metallar birjalarında qızılın qiyməti Amerika sessiyasında korreksiya etsə də Asiya sessiyasında yenidən ucuzlaşmağa başlayıb və 1735$-ın qırılması ilə eniş dalğasının sürətlənməsi proqnozlaşdırılır. 


Bitkoində bahalaşma ehtimalları yenidən artıb. 

Kriptovalyuta birjalarında isə Bitkoinin qiymətində may ayı ərzində müşahidə edilən üfüqi korreksiyadan sonra 9933$-ın qırılması ilə güclü bahalaşma dalğası başlaya bilər.