Qızılda ucuzlaşma korrektivdir

27 Sentyabr 2019

Öümüzdəki həftələr impulsiv artım yenidən özünü göstərə və nəticədə texniki olaraq qızıl qiymətləri yenidən 1550 dollara kimi bahalaşa bilər.

Qızılda ucuzlaşma korrektivdir

Qimyətli metallar bazarında qızıl qiymətlərində bu gün təqribən 1,3% ucuzlaşma qeydə alındı. Buna əsas səbəb dollar indeksinin bahalaşması və həftəsonu valyutalara olan marağın artması göstərilir. Qızılda bu kimi sərt korreksiyalar təbiidir. 

Qlobal trend artım olaraq davam edir və korreksiyanın ardından önümüzdəki həftələr impulsiv artım yenidən özünü göstərə bilər. Nəticədə texniki olaraq qızıl qiymətlərinin yenidən 1550 dollar unsiya üzərinə keçməsi ehtimalları yüksəkdir.