Qızılda ucuzlaşma sürətləndi, hədəf 1259$

04 Aprel 2019

Əlvan metallar bazarlarında qızılın qiymətində başlayan ucuzlaşma dalğasının 1.8%-ə kimi sürətlənə biləcəyi proqnozlaşdırılır.

Qızılda ucuzlaşma sürətləndi, hədəf 1259$

Qızılın qiyməti cari həftənin dəstək səviyyəsini qırmaqla eniş dalğasının sürətlənməsinə səbəb olub. 


Qızılın qiymətində başlayan cari ucuzlaşma foreks bazarlarında dolların bahalaşması ilə başlasa da daha da sürətlənməsi texniki səbəblərlə əlaqələndirilir. 


Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1300.00$-ın altında qaldıqca, 1276.70 və 1258.45$-a kimi ucuzlaşa bilər.