Qızılın qiymət artımı müqavimətlə rastlaşa bilər

28 Fevral 2019

Əlvan metallar bazarlarında qızılın bahalaşmasına baxmayaraq, 1325$-da müqavimətlə rastlaşa biləcəyi də diqqət mərkəzindədir.

Qızılın qiymət artımı müqavimətlə rastlaşa bilər

Qızılın qiyməti 1320 dəstək həddini keçməyə cəhd etsə də bu səviyyələrdən gələn alışlarla qızılın unsiya dəyəri yenidən 1325 həddinədək bahalaşdı.


Qiymətin 1325 həddində dəfələrlə müqavimətlə rastlaşması və eyni zamanda qiymətin dəyişən orta göstəricisinin ("MA 100") indiqatorunu keçə bilməməsi artımın 1325 həddində müqavimətlə rastlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.


1325 səviyyəsinin keçilə bilməməsi ilə qiymətin 1317 həddinədək ucuzlaşa biləcəyi ehtimal edilir.


Qızılın bahalaşmağa davam edərək 1327 səviyyəsi üzərinə qalxması isə müqavimətin qırlıması kimi qəbul edilə və artımın davam edəcəyi ehtimallarını gücləndirə bilər.