Qızılın qiyməti 1309$-a kimi də bahalaşa bilər

24 Noyabr 2017

Əlvan metallar bazarlarında qızıla olan tələb dolların ucuzlaşması ilə daha da arta bilər.

Qızılın qiyməti 1309$-a kimi də bahalaşa bilər

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri son bir ayın minimum səviyyələrində ticarət edilir və əlavə olaraq təqribən 0.6% da ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Belə ki, EUR/USD məzənnəsi 1.18$, GBP/USD məzənnəsi 1.33$-a ticarət edilir. Türkiyə maliyyə bazarlarında isə dollar 3.90TL-ə kimi ucuzlaşıb.

Bununla yanaşı, dolların ucuzlaşması əlvan metallar bazarlarında qızılın da bahalaşmasına təsir edə bilər. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1297$-a kimi bahalaşarsa, artım dalğası 1309$-a kimi sürətlənə bilər.