Qızılın qiyməti maksimumları yenilədi

18 Fevral 2019

Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin artmasına təsir edib.

Qızılın qiyməti maksimumları yenilədi

Əlvan metallar bazarlarında qızılın qiymətlərində bahalaşmanın 2018-ci ilin may ayından sonra ən yüksək səviyyəni qırmaqla nəticələnməsi, artım dalğasının növbəti hədəfləri üzrə proqnozları gücləndirib.


Dünya iqtisadiyyatında risklərin artması, xüsusilə də ölkələr arasında ticarət münasibətlərin daha çox pozula biləcəyinə dair siqnallar, "güvənli liman" maliyyə aləti kimi qızıla olan tələbin daha da artmasına səbəb olur. 


Bununla yanaşı, dolların dünya valyuta birjalarında ucuzlaşması, əmtəə birjalarında dollar ekvivalentində ticarət olunan alətlərin bahalaşmasına təsir edir. 


Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1302$-ın üzərində qaldıqca, 1339.70$-a kimi dəyər qazana bilər.