Qızılın qiymətində bahalaşma daha da sürətlənib

25 Yanvar 2019

Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiymətində bahalaşma sürətlənərək, bir unsiya üzrə qiymətin 1294.00$-a çatmasına səbəb olub.

Qızılın qiymətində bahalaşma daha da sürətlənib

Əlvan metallar bazarlarında qızılın qiyməti cümə axşamı valyuta birjalarında müşahidə edilən tendensiyanın təsiri altında 1276.66$-a kimi ucuzlaşsa da Avropa Mərkəzi Bankının açıqlamalarından sonra istiqamətini dəyişib. Belə ki, Mario Draqinin mətbuat konfransında artan riskləri vurğulaması, qızıla olan tələbin artmasına səbəb olub. Bununla yanaşı, cümə günü də investorların həftə sonu riskləri nəzərə alaraq, portfellərində qızılın həcmini artırmaları, qızılda bahalaşma tendensiyasını daha da gücləndirə bilər. 


Qızılın bir unsiya üzrə qiyməti bahalaşaraq cümə günü cari həftənin maksimum səviyyəsini qırmaqla yeni maksimumlar yaradıb. Yeni təhlillərə əsasən, qiymət 1296.92$-ı da yuxarı istiqamətdə qırarsa, 1309.18$-a kimi də dəyər qazana bilər.