Qızılın qiymətlərində korreksiya davam edir

16 May 2019

Qızılın 1308$-a kimi bahalaşa biləcəyi proqnozları aktual olaraq qalır və ABŞ-dan açıqlanacaq göstəricilərin də qiymətlərə təsir edəcəyi gözlənilir.

Qızılın qiymətlərində korreksiya davam edir

Hal-hazırda dünya maliyyə bazarlarında qızılın 1 unsiyasının qiyməti 1296.69 dollara ticarət edilir.


Qiymətlər 1291 səviyyəsinin üzərində möhkəmləndikcə yenidən 1301-1308 hədəflərinə qədər bahalaşma davam edə bilər.


Qeyd edim ki,Bakı vaxtı ilə saat 16.30-da ABŞ-dan açıqlanacaq tikinti sektoru və Filadelfiyadan biznes aktivliyi indeksi ilə bağlı açıqlanacaq xəbərlər investorların diqqət mərkəzindədir.