Qızılın qiymətlərində növbəti artım dalğası

31 Yanvar 2019

Avropa sessiyasında Avrozonaya dair mənfi fundamental göstəricilərin yayımlanması, qızılın daha da bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.

Qızılın qiymətlərində növbəti artım dalğası

Əlvan metallar bazarlarında qızılın qiymətlərində zəif də olsa bahalaşmanın bərpa olunduğunun şahidi oluruq. Dünyada siyasi və iqtisadi risklərin artması, investorlar üçün güvənli liman maliyyə aləti kimi qızıla olan tələbin də artmasına səbəb olur. Belə ki, qızılın bir unsiya üzrə qiyməti təkcə cari həftə ərzində 2% dəyər qazanıb. Bu gün Almaniya və Avrozona iqtisadiyyatına dair mənfi fundamental göstəricilərin yayımlanması, yuxarıdaki fikirləri daha da gücləndirir. 


Qızılın bir unsiya üzrə qiyməti çərşənbə günü Amerika Mərkəzi Bankının (FED) sədri Jerom Povelin açıqlamalarından sonra 1323.26$-a kimi 1.1% dəyər qazanmışdı. Hal-hazırda 1322.40$-a ticarət edilən qızılın qiyməti, cari həftənin maksimum səviyyəsini qırarsa, artım dalğasının daha da sürətlənə biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1323.26-1325.79$ dəhlizini də yuxarı istiqamətdə qırdıqdan sonra 1308.76$-ın üzərində qaldıqca, 1332.39 və 1339.70$-a kimi dəyər qazana bilər.