Qızılın qiymətlərində üfüqi dalğalanma

10 May 2019

Əlvan metallar bazarlarında qızılın 1287$-da müqavimətlə rastlaşaraq ucuzlaşması və proqnozlar investorların diqqət mərkəzindədir.

Qızılın qiymətlərində üfüqi dalğalanma

Qrafikə nəzər yetirsək qızılın qiymətlərinin aprel ayının 23-dən bəri 1266-1286 aralığında üfüqi dalğalandığının şahidi olarıq.


Bu gün bir daha 1286.80 hədəfini test etdikdən sonra sürətli eniş edən qızılın qiymətləri 1283 hədəfini qıra bilsə 1280 hədəfinə kimi hərəkət edə bilər.


Qeyd edim ki, bu gün Bakı vaxtı ilə saat 16.30-da ABŞ-dan açıqlanacaq infilyasiya göstəriciləri bazar iştirakçılarının diqqət mərkəzindədir.