Qızılın qiymətlərində yüksək artım

14 May 2019

Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına səbəb olub.

Qızılın qiymətlərində yüksək artım

Dünən Çindən Amerikadan idxal olunan 60 milyard dollarlıq məhsula 5-25% arası rüsum tətbiqinin iyunun 1-i tarixindən etibarən qüvvəyə minəcəyi barədə açıqlamadan sonra qızılın qiymətləri 1303 səviyyələrini gördü.


Hal-hazırda qızılın 1 unsiyasının qiyməti 1298.90 dollara ticarət edilir.


Qiymətlər 1301 səviyyəsinin aşağısında qaldıqca  1295-1290 hədəflərini test edə bilər.


Əks halda qiymətlər 1301 səviyyəsini  qırsa 1308 dollara kimi bahalaşa bilər.