Qlobal proseslər fonunda lirə

09 İyul 2019

AMB-nin yumşaq siyasət yönündəki açıqlaması və FED-in faiz dərəcələrini endirmək yönündəki qərarı ilə bazarlar aşağı faiz dərəcəsi gözləntilərini yaşayır.

Qlobal proseslər fonunda lirə

AMB-nin pul-kredit siyasətində daha yumşaq siyasət yönündəki açıqlaması və FED-in faiz dərəcələrini endirmək yönündəki qərarı ilə, qlobal bazarlar aşağı faiz dərəcəsi gözləntilərini yaşayır. Xüsusilə son bir ayda inkişaf etməkdə olan ölkələrin valyutalarının dəyər qazanması risk iştahının davamı ilə qiymətli kağızlar bazarını da dəstəkləyir.


TL tərəfində son həftələrdəki qlobal proseslər və nikbin fikirlər müsbət qiymətlərə gətirib çıxardı. Tramp və Ərdoğanın görüşündən sonra S-400 məsələsinə sərt sanksiyaların olmayacağı ehtimalları, inflyasiya səviyyəsinin ötən ilin ən aşağı səviyyəsinə enməsi (15.72%) və istehlakçı güvəninin artması TL-yə dəstək verən daxili faktorlar kimi qəbul edilə bilər.


USDTRY cütlüyü 3 həftə ucuzlaşmanı davam etdirərək ötən həftənin 4-cü günü 5.60 hədlərini test etdi. Bu isə üç ayın minimum həddi hesab edilir.


TCMB-nin son toplantılarda açıqlama mətnində dəyişiklik etməsi ilə faiz endirimi ehtimalları bir qədər də artdı. Ötən həftə inflyasiyanın azalma ilə açıqlanmasından sonra PPK-nın 25 iyul toplantısında bu faiz endirimi prosesinin başlaması gözlənilir.


Ötən həftənin sonu TCMB sədri Çətinqayanın prezident Ərdoğan tərəfindən vəzifəsindən uzaqlaşdırılması və yerinə müavini Murad Uysalın gətirilməsindən sonra iyul iclasında ciddi faiz endiriminə gediləcəyi proqnozlaşdırılır.


Həm TCMB-də sədr dəyişikliyi, həm də faiz endirimində daha ciddi addımlar atılacağı yönündəki ehtimallar fonunda lirə həftəyə ucuzlaşma ilə başladı. USDTRY cütlüyü 5,80 hədlərinə qədər bahalaşdı.


Bundan başqa həftə ərzində S-400 məsələsində baş verəcək proseslər bu cütlüyün qiymət tendensiyasında həlledici ola bilər. Digər tərəfdən ABŞ-da məşğulluğa dair statistik rəqəmlərin dərcindən sonra faiz siyasətində daha səbrli davranılacağı gözlənilən FED qanadında isə bu gün Paulun ABŞ  Konqresi qarşısındakı şıxışı diqqət mərkəzində olacaq.