Qlobal risklər fonunda böyük iqtisadiyyatlar

04 İyul 2019

Beynəlxalq maliyyə bazarlarında yaranan qlobal risklərin böyük ölkələrə təsiri aşağıdaki kimi olması investorların diqqət mərkəzindədir.

Qlobal risklər fonunda böyük iqtisadiyyatlar

Həftənin başlanğıcında açıqlanan məlumatlara baxdıqda, ABŞ-da “ISM” “PMI” istehsal  indeksi 51.7 bənd ilə gözləntiləri üstələdi, lakin sektorda azalma iyun ayında da davam etdi. “PMI” xidmət indeksi isə iyun ayında 55.1 bənd ilə son 2 il ən aşağı həddini yaratdı.


“ADP”-nin özəl sektorda yeni iş yerlərinin sayı may ayında kəskin enişdən sonra iyun ayında 102 min ilə gözləntilərin altında qaldı. Fabrik sifarişləri may ayında aylıq göstəricidə 0,7% nisbətində azaldı.


Böyük Britaniyada “PMI” xidmət indeksi 50.2 bənd, “PMI” istehsal indeksi 48.0 bənd, “PMI” tikinti indeksi isə  43,1 bənd olaraq son illərdə ən aşağı səviyyəsinə enib.


Almaniyada “PMI” istehsal indeksində 45.0 bəndlik göstərici ilə azalma qeydə alındı. Pərakəndə satış isə 0,6% nisbətində azaldı. Fransa və İtaliyada istehsal və istehsal “PMI” məlumatları gözləntilərin altında qaldı.


Avrozona “PMI” istehsal indeksi 47.6 bəndə gerilədi. İstehsal qiymətləri indeksi illik müqaisədə 1,6% azalmışdır. Aylıq olaraq heç bir dəyişiklik müşahidə edilməmişdir.


Sektorlardakı zəifləmənin ən əsas səbəbi ticarət savaşları, ABŞ və Çin arasında qarşılıqlı sanksiyalar və zaman-zaman davam edən, sonra dondurulan müzakirələr sektor rəhbərlərinin təmkinli davranaraq gözləmə mövqeyinə çəkilmələri qeyd edilə bilər. Breksit qeyri-müəyyənliyi, İtalyadakı problemlər və zəif inflyasiya da Avropa bölgəsi üçün yeni risklər meydana gətirdi.


Sabah açıqlanacaq kənd təsərrüfatı istisna olmaqla yeni yaranan iş yerlərinin sayı və saatlıq gəlirlərin iyunda gözləntilərdən az olarsa, FED-in iyul ayında faiz endiriminə getməsinə səbəb ola bilər. Xüsusilə, əmək haqqlarında əhəmiyyətli dərəcədə artımının olmaması istehlakdan asılı olaraq aşağı xərclərə və zəif inflyasiyaya səbəb olacaqdır.


Bu səbəbdən də sabah açıqlanacaq məşğulluq göstəriciləri FED üçün iyuldamı yoxsa daha sonramı faiz endiriminə gedilsin sualının əsas cavabı olacaqdır.