Qlobal risklərin artması və qızılın bahalaşması

14 May 2019

Beynəxalq maliyyə bazarlarında dolların ucuzlaşması, avro kimi aparıcı valyutaların və qızılın bahalaşmasına səbəb olur.

Qlobal risklərin artması və qızılın bahalaşması

ABŞ ilə Çin arasında ticarət böhranı dərinləşir. 

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında ticarət böhranının daha da dərinləşməsi dolların aparıcı valyutalara nisbətən məzənnələrinin ucuzlaşmasına, qızılın isə daha sürətlə bahalaşmasına səbəb olub.

ABŞ-ın Çinin 200 milyard dollar dəyərində idxal məhsullarına gömrük rüsumlarını 10%-dən 25%-ə kimi artırdıqdan sonra Çin tərəfi də bazar ertəsi ABŞ-dan idxal olunan 60 milyard dollar dəyərində məhsullara rüsumları 25%-ə kimi artırmasına dair qərarını açıqlayıb.  


EUR/USD 1.13, qızıl 1308$-a kimi bahalaşa bilər. 

EUR/USD məzənnəsi 1.1240$-a ticarət edilməkdədir və 1.1289$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti 1308$-a kimi də dəyər qazana bilər.


“ZEW” indeksi treyderlərin diqqət mərkəzində. 

Bununla yanaşı, gün ərzində saat 13:00-da Avrozonadan gələcək iqtisadi gözləntiləri ölçən indeksin açıqlanması da investorların diqqət mərkəzində olacaqdır.