Qlobal risklərin təzyiqi davam edir...

30 Avqust 2019

ABŞ və Çin arasındakı ticarət müharibəsi əhatə dairəsini genişləndirir.

Qlobal risklərin təzyiqi davam edir...

ABŞ və Çin arasındakı ticarət müharibəsi həm ticarət, həm də geosiyasi və siyasi tərəflərdə cəbhələri daha da önə çıxarır.

ABŞ-ın Çin ilə ticarət problemi yaşadığı bir zamanda, İranla siyasi problemlər yaşayır. Digər tərəfdən Rusiya ən ciddi maneə olaraq qiymətləndirilir. Və bu nəhənd dövlət son baş proseslərdə İran və Çinə dəstəyini açıq şəkildə göstərir.

ABŞ Prezidenti Trump eyni zamanda Çin və İran üçün həm mənfi həm də müsbət açıqlamalar verməklə qeyri-müəyyənliyi artırmağa davam edir.

Bazarlar həftəyə artan ticarət müharibələri və artan risklərlə, yüksək dəyişkənliklə başladı. Dünən və bu gün sakitlik var. 

İqtisadi təqvimin zəif olduğu bu həftə qiymətlər ilk şokdan sonra üfiqi trend yaradıb. Qızılda1,560$ və 1583$ hədəfli mərhələli yüksəliş ehtimalları qorunur. EURUSD cütlüyündə isə 1.1050-1.10 aralığında dalğalanmanı davam edəcəyi gözlənilir.

Həftəni kəskin yüksəlişlə başlayan USDTRY məzənnəsi 5.87 müqavimətini itirərək bu gün 5.80-ə yaxın ticarət edir. Təqib etdiyimiz ilk müqavimət 5.87 həddidir. Və bu həddin üzərindəki balanışlar 6.0 hədlərinə qədər artımları dəstəkləyə bilər.