"RBA" iqtisadiyyatdaki risklərdən narahatdır

05 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Avstraliya Ehtiyat Bankının iqtisadi risklərlə bağlı açıqlamaları investorların diqqət mərkəzindədir.

"RBA" iqtisadiyyatdaki risklərdən narahatdır

Avstraliya Mərkəzi Bankı (ing.: "RBA") iqtisadiyyat fonuna şübhələrini açıqlayıb və uçot faiz dərəcəsinin 1.5%-də saxlanılması qərarını verib. 


"RBA"-yə əsasən, iqtisadiyyat güclü olaraq qalır, xüsusilə də investisiyaların və dövlət xərclərinin artması bu gözləntilərə dəstək verir. Lakin büdcə gəlirlərinin az olması və mənzil qiymətlərinin düşməsi önəmli risklər hesab edilir. Beləliklə, bu, fevral ayında 2019-ci ilin iyun ayına kimi inkişaf proqnozlarının 2.4%-ə salınması ilə nəticələnmişdi. Bu göstərici noyabr ayında 3.2% idi.


Qeyd etmək lazımdır ki, bugünkü açıqlamalar sabah Bakı vaxtı ilə saat 4:30-da yayımlanması gözlənilən iqtisadi inkişaf göstəricilərindən bir gün əvvəl verilir. Çərşənbə günü dərc ediləcək göstəricilərin azalması proqnozlaşdırılır.