RBA-nın faiz endirimi ehtimalları və AUD

06 Fevral 2019

Avstraliya Mərkəzi Bank sədri Filip Lovenin yeni ildə ilk çıxışı, dünya valyuta birjalarında Avstraliya dollarında güclü dalğalanmaya səbəb olub.

RBA-nın faiz endirimi ehtimalları və AUD

Bu gün Avstaliya Mərkəzi Bankından (ing.: "RBA") Filip Love ilin ilk toplantısında sərt monetar siyasət nəticəsində yarana biləcək iqtisadi riskləri nəzərə alaraq, növbəti aylarda mərkəzi bankın faiz endirimi edə biləcəyinin siqnallarını verdi.


Məlumatın açıqlanmasının ardından AUD/USD məzənnəsi kəskin şəkildə dəyər itirərək, 0.7245 həddindən 0.7140 həddinədək 100 bəndin üzərində ucuzlaşdı.


Qiymətin 0.7138 səviyyəsi altında möhkəmlənməsi nəticəsində, ucuzlaşmanın 0.7075 səviyyəsinədək davam edə biləcəyi ehtimal edilir.


Gün sonuna doğru ABŞ-dan pərakəndə satış həcmi və ümumi daxili məhsul həcmi göstəricilərinin azalma ilə dərc edilməsi isə dolların ucuzlaşması fonunda AUD/USD cütlüyünün qısa müddətli bahalaşmasına səbəb ola bilər.