"RBNZ": İqtisadiyyata dəstək üçün imkanlarımız var

25 Sentyabr 2019

Beynəlxalq valyuta birjalarında NZD/USD məzənnəsində müşahidə edilən bahalaşma və səbəbləri investorların diqqət mərkəzindədir.

"RBNZ": İqtisadiyyata dəstək üçün imkanlarımız var

Yeni Zelandiya dolları ABŞ dollarına qarşı çərşənbə günü Asiya sessiyasında Yeni Zelandiya Mərkəzi Bankının (ing.: "RBNZ") faiz qərarından sonra bahalaşıb. Mərkəzi bank faizini dəyişməməsinə baxmayaraq, iqtisadiyyatın inkişaf etməsi üçün məcburiyyət görəcəkləri təqdirdə imkanlarının olduğunu açıqlayıb. 

"RBNZ" uçot faizini 1%-də saxlaması ilə bağlı qərarını dərc etdikdən sonra verdiyi açıqlamasında bildirir ki, avqust ayında verilən monetar siyasi qərardan sonra yeni məlumatlar dəyişiklik üçün əsas olmayıb. Lakin bank inflyasiya və məşğulluq hədəflərinə çatmaları üçün fiskal və monetar impulslar üçün də imkanın olduğunu əlavə edib. 

NZD/USD məzənnəsi forex bazarlarında hazırda 0.6325$-a ticarət edilir.