"RBNZ" mətbuat konfransı diqqət mərkəzində

11 Fevral 2019

Beynəlxalq maliyə bazarlarında son günlər NZD/USD məzənnəsində yaranmış eniş dalğası və təsir edə biləcək hadisələr, treyderlərin diqqəti cəlb edir.

"RBNZ" mətbuat konfransı diqqət mərkəzində

Sabah Yeni Zellandiya Mərkəzi Bankı (ing.: "RBNZ") tərəfindən açıqlanmalı olan faiz dərəcəsi xəbəri və bankın mətbuat konfransı treyderlər tərəfindən gözlənilən ən vacib xəbərlərdən hesab olunur.


Keçən həftə Yeni Zellandiyadan açıqlanmış əmək bazarı ilə bağlı faktiki göstəricilər proqnozlaşdırılandan zəif açıqlanmışdır. Bu da öz növbəsində NZD/USD maliyyə alətində müəyyən təzyiqlər yaratmışdır ki, keçən həftə cütlüyün qiyməti 0.6885 həddindən 0.6745 hədlərinə kimi ucuzlaşmışdır.


Qiymətdəki eniş trendinin  davam etməsi üçün 0.6710 hədləri əhəmiyyətli səviyyələr hesab edilir. Qiymətin bahalaşması üçün 0.6770 hədəfinin yuxarı istiqamətə doğru qırılması şərti ödənilməlidir.