Rehn: Avrozonada artımın böhran təhlükəsi yoxdur

15 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Avropa mərkəzi bakının siyasətinin finlandiyalı iqtisadçı tərəfindən şərhi investorların diqqət mərkəzində.

Rehn: Avrozonada artımın böhran təhlükəsi yoxdur

Avropa mərkəzi bankının (AMB) idarə heyəti üzvü Olli Rehn cümə günü monetar siyasəti şərh edərkən aşağıdakıları deyib. 


AMB siyasətinə nəzarət etməyin önəmliyini bildirən Rehn, maliyyə alətlərinin arzulanan nəticəyə səbəb olmadığını vurğulayıb. İqtisadi inkişaf və inflyasiyanın qarşılıqlı təsirinin azalması, AMB-nin qiymətlərə təsirini də zəiflədib. Belə bir vəziyyətdə Avropa bankının inflyasiyaya təsir edə biləcəyinə olan güvən də azalır. 


Bununla yanaşı, Avrozonada iqtisadi dinamikanın böhran istiqamətində olmadığı da əlavə edilib. Lakin inkişafın zəifləməsi proqnozlaşdırılır və inflyasiyanın baza indeksində dinamika azalıb.