Rehn: İyunun 5-də bütün lazım olan qərarlar veriləcək

26 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında Avrozonanın gələcəyinə dair yaranmış qeyri-müəyyənlik fonunda cavabların iyun ayında veriləcəyi açıqlanıb.

Rehn: İyunun 5-də bütün lazım olan qərarlar veriləcək

Avropa mərkəzi bankının (AMB) idarə heyəti üzvü Olli Rehn mediaya müsahibəsində pul-kredit siyasətinə dair önəmli açıqlama verib. 


Rehn iqtisadi inkişafın zəifləməsinin uzun müddət davam etməsinə dair siqnallar olacağı təqdirdə, pul-kredit siyasətinin də uyğunlaşdırılmasının önəmli olduğunu bildirib. 


"AMB iyun ayının 5-də qeyri-müəyyənliyin arta biləcəyinə və ya bunun olmayacağı proqnozları ilə bağlı artıq çox məlumatlı olacaqdır. Bank da lazım olan bütün qərarları verməyə hazırdır", deyə Avropanın birinci bankın nümayəndəsi əlavə edib.