Ripldə "Buğalar söz sahibi" olmaq üzrədirlər

13 May 2020

Beynəlxalq kriptovalyuta birjalarında son günlər BTC və XRP qiymətlərində müşahidə edilən növbəti bahalaşma dalğası diqqət mərkəzindədir.

Ripldə "Buğalar söz sahibi" olmaq üzrədirlər

Son üç gün ərzində Ripl (XRP) 0.18$-a kimi ucuzlaşdıqdan sonra bahalaşsa da müqavimət səviyyəsinin altında ticarət edilməkdədir. Lakin Buğalar 0.20$-ın qırılmasına nail olarlarsa, Ayılar nəzarəti itirə bilərlər. 

Ucuzlaşmaya səbəb isə həftə sonu Bitkoində Bölünmə gözləntiləri fonunda kriptovalyuta birjalarında həyata keçirilən satış əməliyyatları idi. Lakin Bitkoinin qiymətində də başlayan bahalaşma, 9160$-ın qırılması ilə Ripl ilə ticarət edən Buğalar üçün də əlavə alışlar üçün əsas olacağı proqnozlaşdırılır. 

Təhlillərə əsasən, XRP/USD məzənnəsi 0.20$-ın qırılması ilə 0.22$-a kimi bahalaşa bilər.