Rosenqren: Faiz proqnozları siyasət üçün əsas deyil

26 Mart 2019

Dünya birjalarında "FOMC" üzvü Rosenqrenin açıqlamaları FED-in mümkün faiz artımı ehtimallarını və fundamental göstəricilərin önəmliyini artırıb.

Rosenqren: Faiz proqnozları siyasət üçün əsas deyil

Amerika mərkəzi bankı (FED) hər üç aydan bir açıqlanan faiz proqnozu və ya nöqtə plotu pul-kredit siyasəti üçün istiqamət deyil, sadəcə məlumatlar toplusundan ibarət göstəricilir. Bu haqda FED-in pul-kredit siyasətini müəyyən edən komitə (ing.: "FOMC") üzvü Erik Rosenqren danışıb. 


Beləliklə, FED 2019-cu ildə fundamental göstəricilər yenidən yaxşılaşarsa və dünya iqtisadiyyatında risklər azalarsa, yenidən faiz artımını gündəmə gətirə bilər. 


Qeyd etmək lazımdır ki, FED keçən həftənin çərşənbə günü cari il ərzində faiz artırmayacağını bildirmişdi. Bu isə bundan əvvəlki iki faiz artımı proqnozundan dönmək deməkdir.