Rozenqren: Əlavə tədbirlərə ehtiyac yoxdur

20 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Boston Mərkəzi Bankının sədrinin iqtisadi və faiz azaldılması şərhi investorlar tərəfindən müsbət qarşılanır.

Rozenqren: Əlavə tədbirlərə ehtiyac yoxdur

Boston Mərkəzi Bankının sədri Erik Rozenqren Amerika Mərkəzi Bankının monetar siyasətini müəyyən edən komitə (ing.: "FOMC") üzvləri arasında fikir ayrılığını şərh edərkən, Amerika iqtisadiyyatı üçün əlavə impulsların ehtiyac olmadığını bildirib. 

Əmək bazarında vəziyyət yaxşı olan iqtisadiyyata əlavə monater dəstəyə ehtiyac yoxdur. Təhlükə isə riskli aktivlərin qiymətlərində artımın ola biləcəyi və büdcə və şirkətlərin xarici kapital cəlb etməyə də cəsarətlənə biləcəkləridir. 

Risklərin daha çox ticarət böhranı və geosiyasi vəziyyətlə əlaqədar olan bir şəraitdə, qeyri-müəyyənliyə qarşı faizlərin azaldılması, mənfi nəticələrə səbəb ola bilər.