Rubl 61.50 səviyyələrinə kimi bahalaşa bilər

22 Aprel 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərində bahalaşma, rublun da bahalaşmasına və USD/RUB üzrə ucuzlaşma proqnozlarını gücləndirib.

Rubl 61.50 səviyyələrinə kimi bahalaşa bilər

USD/RUB məzənnəsində son günlər müşahidə edilən ucuzlaşma dalğası, ciddi dəstək səviyyələrinin aşağı istiqamətdə qırılacağı proqnozlarının artırıb. 


Dollar/Rubl məzənnəsi aprelin əvvəlində 65.76 rubla kimi bahalaşdıqdan sonra güclü müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlamışdır. Dünya valyuta birjalarında hal-hazırda 63.67 rubla ticarət edilən məzənnə, 63.55 rublu da aşağı istiqamətdə qıracağı təqdirdə, 2018-ci ilin birinci yarısı minimum səiyyələrinə kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, USD/RUB valyuta cütlüyünün qiyməti 63.55 rublu aşağı istiqamətdə qırarsa,  62.89 və 61.50 rubla kimi də ucuzlaşa bilər. 


Qeyd etmək lazımdır ki, enerji birjalarında neft qiymətlərinin son dörd ayı ərzində 50%-ə kimi dəyər qazanması, rubla olan tələbi də artırır.