RUBL-da bahalaşma 64.14 səviyyəsinədək davam edə bilər

06 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında USD/RUB valyuta cütlüyündə ucuzlaşma treyderlərin diqqət mərkəzindədir və daha da ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

RUBL-da bahalaşma 64.14 səviyyəsinədək davam edə bilər

Beynəlxalq valyuta birjalarında USD/RUB məzənnəsində ilin əvvəlindən etibarən müşahidə edilən ucuzlaşma, davam etməkdədir. Hal-hazırda 65.42RUB-a ticarət edilən Dollar/Rubl valyuta cütlüyünün qiyməti, keçən ilin önəmli dəstək səviyyəsi - 64.77RUB -u qırmağa çalışır. Bu baş verərsə, ucuzlaşmanın daha da dərinləşə biləcəyi proqnozlaşdırlır.


İlin əvvəlindən etibarən dolların dünya birjalarında ucuzlaşması və neft qiymətlərinin bahalaşması rublun bahalaşmasına müsbət təsir edən əsas amillərdir. 


Təhlillərə əsasən, USD/RUB məzənnəsi keçən həftənin müqavimət səviyyəsi - 66.27RUB-un altında qaldıqca, 64.14RUB-a kimi ucuzlaşa bilər. 


Bununla yanaşı, enerji bazarlarında neft qiymətlərində tendensiya və bu gün Bakı vaxtı ilə saat 17:00-da açıqlanacaq inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.