Rusiya: ABŞ İranın hava məkanını pozub

25 İyun 2019

Dünya maliyyə bazarlarında qlobal siyasi risklər ilə əlaqədar olaraq Rusiyanın açıqlamaları investorların diqqət mərkəzində. Rusiya İranı müdafiə etdi.

Rusiya: ABŞ İranın hava məkanını pozub

İran tərəfindən Amerikanın kəşfiyyat dronunun vurulması mövzusunda Rusiya İslam Respublikası hökümətini müdafiə edib. Rusiyanın təhlükəsizlik müşaviri Nikolay Patruşev çərşənbə axşamı  Qüdsdə amerikalı və israilli həmkarları ilə görüşü zamanı açıqlamasında ABŞ-ın İranın hava sahəsini keçməsinə dair sübutların olduğunu deyib. İnformasiya isə Moskvadan, müdafiə nazirliyindən gəlib. 


Qeyd etmək lazımdır ki, ABŞ ilə İran arasında münasibətlərin gərginləşdiyi bir vaxtda İsrail, Rusiya və ABŞ-ın təhlükəsizlik müşavirləri Qüdsdə bir araya gəlib, Suriya və İranı müzakirə ediblər.