Rusiya: İnflyasiya artsa da uçot faizi qaldırılmadı

08 Fevral 2019

Bu gün maliyyə bazarlarında böyük maraqla gözlənilən Rusiya Mərkəzi Bankının faiz qərarı, gözlənildiyi kimi yayımlanıb.

Rusiya: İnflyasiya artsa da uçot faizi qaldırılmadı

Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsində gözlənildiyi kimi dəyişikliyə getmədi. Rusiya Mərkəzi Bankının bu gün açıqladığı rəsmi məlumatlara əsasən, uçot faiz dərəcəsi 7.75% səviyyəsində saxlanılıb. Bu faiz dekabr ayından qüvvədədir və maliyyə bazarlarında da dəyişikliyin olmayacağı proqnozlaşdırılırdı. 


Mərkəzi bank 2018-ci ilin sentyabr ayından etibarən uçot faiz dərəcəsində artıma başlayıb. 7.25% olan göstərici sentyabr ayında 7.50%, dekabr ayında isə cari səviyyəyə kimi yüksəldilmişdi. 


Qeyd etmək lazımdır ki, Rusiyada illik inflyasiya 2018-ci ilin iyul ayından etibarən artmağa başlayıb. Aylıq artım dinamikasnın isə 2018-ci ilin dekabr ayından etibarən güclənib.