Rusiya iqtisadiyyatı və rublun neftdən asılılığı azalıb

18 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında "S&P" araşdırma mərkəzinin Rusiya iqtisadiyyatına dair hesabatı investorların diqqət mərkəzində.

Rusiya iqtisadiyyatı və rublun neftdən asılılığı azalıb

"S&P" araşdırma hesabatında Rublun və Rusiya iqtisadiyyatının neft qiymətlərindən asılılığının son illər azaldığı göstərilib. 


Ural neftinin qiyməti 2018-ci ilin aprel və sentyabr ayları aralığında 20% dəyər itirsə də rubl yalnız 13% dəyər itirib. Ümumilikdə isə neft qiymətləri 2018-ci ildə 30% dəyər itirsə də daxili bazarda tələb azalıb və idxal 4%-dən az artıb. Lakin hesabat ilinə kimi neft qiymətlərində sözügedən səviyyələrdə bahalaşma, daxili bazarda tələb 8-9% artırdı. 


Bununla yanaşı, neft qiymətlərinin bahalaşması ilə uyğun olmayan rublun ucuzlaşması tendensiyası fonunda 2018-ci il ərzində büdcədə artım olub, cari əməliyyatlar hesabında müsbət saldo 115 milyard dollar ilə tarixi rekordunu yeniləyib.