Rusiya Mərkəzi Bankı faizini sabit saxlaya bilər

08 Fevral 2019

Dünya maliyyə bazarlarında bu gün Rusiya Mərkəzi Bankı tərəfindən açıqlanacaq uçot faiz dərəcəsi ilə bağlı qərarı, investorların diqqət mərkəzində olacaq.

Rusiya Mərkəzi Bankı faizini sabit saxlaya bilər

Rusiyada infilyasiya dərəcəsinin 5%-ə kimi artmasına baxmayaraq, analitiklərin düşüncəsinə görə, bu gün açıqlanacaq faiz dərəcəsində dəyişikliyə gedilməyə bilər. Belə ki, Rusiya Mərkəzi Bankının uçot faizini 7.75%-də sabit saxlayacağı gözlənilir.


Gözləntilərin əksinə olaraq, faiz artırılarsa, bu, rublu ciddi şəkildə bahalaşdıra bilər.