Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

14 İyun 2019

Maliyyə bazarlarında proqnozlaşdırıldığı kimi Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 0.25% azaltdı.

Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

Rusiya Mərkəzi Bankının verdiyi rəsmi məlumatlara əsasən, uçot faiz dərəcəsi 7.75%-dən 7.50%-ə kimi azaldıldı.


Bu, son 1 il ərzində ilk faiz azaldılması tədbiridir və inflyasiyanın azaldılması qarşı tədbir kimi qiymətləndirilir.

 

Qeyd etmək lazımdır ki, Rusiyada inflyasiya aprel ayından etibarən azalmağa başlayıb.