Rusiya neft hasilatını plandan az azaldıb

03 Aprel 2019

Beynəlxalq enerji birjalarında neft təklifinin artmasına işarə olan xəbər Rusiyadan gəlib və bu, neft qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər.

Rusiya neft hasilatını plandan az azaldıb

Rusiyanın günlük neft hasilatı mart ayında 11.298 milyon barel olub və beləliklə, 11.191 milyon barelə kimi azaltma hədəfinə çata bilməyib. Məlumat Rusiyanın enerji nazirliyi tərəfindən açıqlanıb və "OPEC+" razılaşmasına əsasən ölkə, istehsalı 230.000 barel azaltmağı planlaşdırırdı.