Rusiya sənaye istehsalı proqnozlaşdırılandan çox artıb

18 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Rusiya ilə bağlı açıqlanan fundamental məlumatlar arasında sənaye istehsalı da diqqət mərkəzindədir.

Rusiya sənaye istehsalı proqnozlaşdırılandan çox artıb

Rusiyada sənaye istehsalı proqnozlaşdırılandan çox artıb. 


Rusiya hökümətinin bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, sənaye istehsalı fevral ayında illik müqayisədə 4.1% artıb. Bu göstərici yanvar ayında 1.1% idi və mütəxəssislər artım dinamikasının yalnız 1.5%-ə kimi yüksələcəyini pronqozlaşdırırdılar.