Rusiya sənayesində aktivlik son 2 ilin maksimumunda

01 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında Rusiyanın sənaye sektoru ilə bağlı müsbət statistik göstəricilər açıqlanıb.

Rusiya sənayesində aktivlik son 2 ilin maksimumunda

Rusiyanın sənaye sektorunda biznes aktivliyini ölçən indeks (ing.: "PMI") mart ayında 52.8 punkt ilə 2.7 punkt artıb. Göstərici gələcəyə dair gözləntiləri ölçmək üçün önəmli hesab edilir. Beləliklə, Rusiyada sənaye sektorunda işgüzar aktivliyin son iki ilin maksimum səviyyəsinə yüksəldiyi müşahidə edilir. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.