Rusiya ticarət dövriyyəsinin artması proqnozlaşdırılır

14 Mart 2019

Bu gün USD/RUB məzənnəsində dalğalanmanı izləyən investorlar üçün önəmli fundamental məlumatların açıqlanması gözlənilir.

Rusiya ticarət dövriyyəsinin artması proqnozlaşdırılır

Bu gün maliyyə bazarlarında böyük maraqla gözlənilən Rusiyanın xarici ticarətinə dair statistik göstəricilər, rublun bahalaşmasına təsir edə bilər. Bakı vaxtı ilə saat 17:00-da Rusiyanın ticarət dövriyyəsi ilə bağlı xəbər açıqlanacaqdır. Proqnozlara əsasən, ticarət balansının müsbət saldosunda artımlar ola bilər. Keçən ay 18.86 milyard rubl olan dövriyyənin, artaraq 19.5 milyard rubla çatması gözlənilir. Bu, rublun qiymətlərində bahalaşmağa səbəb ola bilər.