Rusiya: Ticarətdə gəlirlərin artması proqnozlaşdırılır

11 Fevral 2019

Bu gün USD/RUB məzənnəsində dalğalanmanı izləyən treyderlər üçün önəmli fundamental məlumatların açıqlanması gözlənilir.

Rusiya: Ticarətdə gəlirlərin artması proqnozlaşdırılır

Bu gün maliyyə bazarlarında böyük maraqla gözlənilən Rusiyanın xarici ticarətinə dair statistik göstəricilər, rublun bahalaşmasına təsir edə bilər. 


Bu gün Bakı vaxtı ilə saat 17:00-da Rusiyanın ticarət dövriyyəsi ilə bağlı xəbər açıqlanacaqdır. Proqnozlara əsasən, ticarət balansının müsbət saldosunda artımlar ola bilər. 


Keçən ay 18.98 milyard dövriyyənin, artaraq 19.25 milyarda çatması gözlənilir. Bu, rublun qiymətlərində bahalaşmağa səbəb ola bilər.