Rusiya Ukrayna transiti üçün şərtlər qoyur

05 Mart 2019

Qaz ilə treyd edənlər üçün Rusiya ilə Ukrayna arasında siyasi və iqtisadi münasibətlərə dair yeni xəbərlər böyük maraqla izlənilməkdədir.

Rusiya Ukrayna transiti üçün şərtlər qoyur

Rusiya "Nord Stream 2" şərq dənizi boru kəmərinin işləməsindən sonra Ukraynadan Avropa Birliyinə keçən qaz transitinə şərtlər qoyur. Rusiyanın hökümət başçısı Dmitri Medvedev çərşənbə axşamı açıqlamasında bildirib ki, yeni razılaşma stabil siyasi və sərfəli iqtisadi şəraitdən asılıdır. 


Rusiyanın Ukrayna ilə transit sazişinin bu ilin sonunda bitməsi (""NS2"-nin də tikintisi başa çatacaqdır) ilə əlaqədar olaraq, yenisi razılaşdırılmalıdır. Baş nazir onu da əlavə edib ki, transit aktiv kəmərlərlə davam etdirilir.


"Nord Stream 2" əleyhdarları Rusiyanın siyasi münaqişələrə görə Ukrayna transitlərini dayandıra bilər. Medvedev bildirib ki, iki ölkə arasında şirkətlər münasibətləri həll etməlidirlər. Naftogaz ilə Gazprom arasında sonuncu dəfə müqavilə və qiymətlərdə anlaşılmazlıqlar yaranmışdı. 


İqtisadi zəifləmə yaşayan Ukrayna transitdən əldə etdiyi milyardlarla mədaxildən çox asılıdır. Lakin kəmərlərin də təmirə ehtiyacları vardır. Medvedev onu da vurğulayıb ki, Rusiya çox marşrutlardan istifadə etmək niyyətindədir: "Transit marşrutları çox olduqca, çatdırılma da o qədər güvənli olur".