Rusiya və Çin dollar ilə ticarəti dayandırdılar

28 İyun 2019

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması Rusiya və Çin arasında imzalanan birgə sənəd ilə daha da sürətlənə bilər.

Rusiya və Çin dollar ilə ticarəti dayandırdılar

Rusiya və Çin arasında dollar gələcəkd önəmli rol oynamayacaqdır. Belə ki, iki ölkə arasında ticarət rubl və yuan ilə həyata keçiriləcəkdir. 


İzvestiya (ru.: "Известия") xəbər agentliyinin cümə günü verdiyi xəbərə əsasən, ABŞ dollarından imtinaya dair sənəd iyun ayının 5-də artıq iki ölkə tərəfindən bilateral hökümət sazişinin imzalanması ilə qəbul edilib. Sənədi Rusiya Maliyyə naziri Anton Siluanov və Çinin Xalq Bankının sədri Yi Qanq imzalayıb. Xəbər maliyyə nazirliyi tərəfindən də təsdiqlənib. 


Əməliyyatlar zamanı Rusiyanın "SPFS" və Çinin "CIPS" sistemlərindən istifadə ediləcəkdir. Əksər rus bankları artıq "CIPS"-ə qoşulublar. 


Rusiya mərkəzi bankının verdiyi məlumata əsasən, Ticarət zamanı yaranan məzənnə risklərin qarşı rubl və yuanda maliyyə alətlərinin yaranması da planlaşdırılır. Nəticədə Çin ilə birgə ticarət dövriyyəsində rublun payı gələcək illərdə 10%-dən 50%-ə yüksələcəkdir. 


Ödəmələri Rusiyanın "VTB" və Çinin "Ticarət Bankı" həyata keçirəcəkdir. 


Qeyd etmək lazımdır ki, iki ölkə arasında ümumi ticarət dövriyyəsi keçən il 107 milyard dollar olmuşdu.