Rusiyada infilyasiyanın artması proqnozlaşdırılır

06 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən fundamental göstəricilər arasında Rusiyanın inflyasiya ilə bağlı göstəricilər var.

Rusiyada infilyasiyanın artması proqnozlaşdırılır

Bu gün Bakı vaxtı ilə saat 17:00-da Rusiyada istehlak qiymətləri indeksi ilə bağlı statistik rəqəmlər dərc ediləcək. 


Analitiklərin proqnozlarına görə istehlak qiymətləri indeksi fevral ayında 0.4%, illik göstərici isə 5.2% olacaq. 


Müqayisə üçün qeyd edək ki, yanvar ayında bu göstərici 1%, illik göstərici isə 5% olaraq açıqlanmışdı. 


Gözləntilər öz təsdiqini taparsa, rubl maliyyə bazarlarında bahalaşma tendensiyası nümayiş etdirə bilər.