Rusiyada inflyasiya 5.0%-ə yüksəldi

06 Fevral 2019

Rusiya dövlət statistikasının inflyasiya ilə bağlı açıqladığı rəsmi məlumatlar mütəxəssislərin gözləntilərindən zəif olub.

Rusiyada inflyasiya 5.0%-ə yüksəldi

Rusiyada istehlak qiymətləri indeksi yanvar ayında aylıq müqayisədə 1.0%, illik müqayisədə isə 5.0% artıb. Bu haqda Rusiyanın dövlət statistika idarəsi məlumat verib. 


Maliyyə bazarlarında Rusiyada inflyasiyanın aylıq artım dinamikasının 0.8%-dən 1.2%, illik dinamikanın isə 4.3%-dən 5.2%-ə yüksələcəy proqnozlaşdırılırdı. Beləliklə, dinamika yanvar ayında gözləntilərin altında olub. 


Lakin ümumilikdə qeyd etmək lazımdır ki, Rusiyada illik inflyasiya 2018-ci ilin iyul ayından etibarən artmağa başlayıb. Aylıq artım dinamikasnın isə 2018-ci ilin dekabr ayından etibarən sürətlənməsi də vurğulanmalıdır.