Rusiyada inflyasiyada artım proqnozlaşdırılır

05 Aprel 2019

Dünya maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən fundamental göstəricilər arasında Rusiyanın inflyasiya ilə bağlı göstəriciləri var.

Rusiyada inflyasiyada artım proqnozlaşdırılır

Bu gün Bakı vaxtı ilə saat 17:00-da Rusiyada istehlak qiymətləri indeksi ilə bağlı statistik rəqəmlər dərc ediləcək. Analitiklərin proqnozlarına görə istehlak qiymətləri indeksi mart ayında 0.4%, illik göstərici isə 5.4% olacaq. Müqayisə üçün qeyd edək ki, fevral ayında bu göstərici 0.4%, illik göstərici isə 5.2% olaraq açıqlanmışdı. Proqnozlar öz təsdiqini taparsa, rubl maliyyə bazarlarında bahalaşma tendensiyası nümayiş etdirə bilər.