Rusiyanın işgüzar mühitində gözləntilər zəifləyib

01 Mart 2019

Beynəlxalq valyuta birjalarında USD/RUB məzənnəsi ilə treyd edənlər üçün önəmli sayılan istehsal sektorunda biznes aktivliyi indeksi azalıb.

Rusiyanın işgüzar mühitində gözləntilər zəifləyib

Rusiyanın istehsal sektorunda biznes aktivliyini ölçən indeks (ing.: "PMI") fevral ayında azalaraq, 50.1 punkt ilə son beş ayın ən aşağı səviyyəsinə düşüb. Göstərici gələcəyə dair gözləntiləri ölçmək üçün önəmli hesab edilir. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.